Pomidorun özü kimi suyu da olduqca faydalıdır.
Hit.az xəbər verir ki, gündə 1 stəkan pomidor suyu içməyin orqanizm üçün çox yararlı olduğu sübut olunub.
Belə ki, pomidor suyu bir çox bakteriyalara, eləcə də tif xəstəliyinə qarşı mübarizədə olduqca effektiv təsir göstərə bilir.
Bəs möcüzəvi təsir gücü olduğu deyilən pomidor suyunun faydaları nələrdir?
Hit.az sözügedən faydaları təqdim edir:
1. Tərkibində kalium və likopen olan pomidor suyu ürək sağlamlığını dəstəkləyir. Daha dəqiq desək, kalium qan təzyiqini tənzimləyir və ürək-damar sisteminə xeyir verir.
2. Tərkibindəki lütein və zeaksantin kimi karotenoidlər göz sağlamlığını dəstəkləyə və göz xəstəlikləri riskini azalda bilər.
3. Həmçinin, pomidor suyunun tərkibində likopen kimi güclü antioksidanların olduğunu da qeyd etmək lazımdır. Bu həm də hüceyrə zədələnməsini azaltmaqla xərçəng riskini də minimuma endirə bilər.
4. Pomidor suyu həzm sistemini dəstəkləyir və qəbizlik kimi problemlərinin həllinə də kömək edir.
5. Bundan başqa, tərkibindəki antioksidantlar sayəsində sərbəst radikalların dəriyə zərər verməsini azalda, kollagen istehsalını artıra, gənc və sağlam dəri təmin edə bilər.
6. Eyni zamanda, tərkibində "C" vitamini olan pomidor suyu immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.
7. Pomidor suyu kalorisi az olduğu üçün toxluq hissi verir. Bu da öz növbəsində çəkiyə nəzarət etməyə kömək edir.
Pərviz