Xurma Ramazan ayının vazkeçilməz təamıdır.
Hit.az xəbər verir ki, müsəlmanların əksəriyyəti orucunu xurma yeyərək açır.
Xurma həm sahurlar, həm də iftar süfrələrinin bəzəyidir. Nəzərə alaq ki, xurma tərkibindəki zəngin vitamin və minerallarla insan orqanizmini yeniləyir.
Bundan başqa, xurma ilə limonun sintezi də olduqca qəribədir. Belə ki, xurmanı üzərinə limon suyu sıxaraq da yeyə bilərsiniz. Üstəlik, bu üsul mütəxəssislər tərəfindən də tövsiyə olunur. Hətta üzərinə limon suyu sıxılmış xurmanı yeyib yatmağın faydaları olduqca çoxdur.
Gecə yatmazdan əvvəl limonu götürüb xurmanın üzərinə sıxın və onu yeyin. Nəzərə almaq lazımdır ki, liflə zəngin olan xurma limonla birləşdikdə bağırsaqların nizamlı işləməsini dəstəkləyir. Eyni zamanda, bunu hər gün etmək qəbizlik problemlərinin qarşısını almağa da kömək edir.
Bundan başqa, üzərinə limon suyu sıxılmış xurmanı istehlak etmək insanı stressdən qorumağa və qocalma prosesini yavaşlatmağa da kömək edə bilər. Bu, həm də arıqlamağa səbəb olur. Bu üsulla sümük əriməsinə (osteoporoz) qarşı da mübarizə aparmaq mümkündür.
Pərviz