Finlandiyanın baş naziri Petteri Orpo ölkənin Şimali Atlantika Alyansına (NATO) qoşulmasından sonra nüvə silahlarının tranzitini təsdiqləmək imkanı əldə edib.
HİT.az xəbər verir ki, bu barədə STT agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Finlandiya NATO-ya daxil olduqdan sonra üzvlüklə bağlı heç bir məhdudiyyətin olmayacağına qərar verib.
"Nüvə silahlarının Finlandiya vasitəsilə mümkün daşınmasına indi necə yanaşmaq kimi təfərrüatlar hələ həll olunmayıb", deyə nəşr bildirib.
Qeyd olunur ki, indi Finlandiya hakimiyyəti qanunda nüvə partlayıcıları haqqında məlumatların yer aldığı nüvə enerjisi haqqında maddəni dəyişməz qoya, yaxud qanuna dəyişiklik edə və ya yeni qanun qəbul edə bilər.
Bundan əvvəl "The Hill" NATO-nun Nordic Response hərbi təlimlərinin Skandinaviyada başladığını yazmışdı. Ümumilikdə, Norveç, İsveç və Finlandiyadan 20 minə yaxın hərbi qulluqçu, 50-dən çox gəmi və 100 təyyarənin iştirakı planlaşdırılır.
Samir