"Yanlış rəqs edib, yanlış rəqslər öyrətmək ayıbdır" - Tanınmış rəqqasə

MƏDƏNİYYƏT
17:23 / 07.03.2024
900

"Sosial şəbəkələrdə izləyirəm, hamı rəqs edir, rəqs öyrədir. Milli rəqs adı altında öyrədilən bu rəqslərin milliliklə əlaqəsi yoxdur".

Bu sözləri Hit.az-a  rəqqasə, Xalq artisti Təranə Muradova bildirib.

“Milli rəqslərimizə bu cür yanaşmaq absurddur. Azərbaycan xanımları kişilər kimi rəqs etmirlər, onlar süzürlər, nazlı rəqs edirlər. Bütün dünya çeçen qızlarının, gürcü qızlarının zərif rəqsinə heyrandır. Biz Azərbaycan xanımları da bu qaydada süzmə elementləri ilə rəqs edirik, biz özümüzün  bu gözəl rəqslərimizi niyə zay eləməliyik? Dünya bizdən oğurlayır, biz özümüzün olanlarımızın qiymətini bilmirik”,- deyə o qeyd edib.

Rəqqasə xanım bildirib ki, toy rəqsləri ilə milli rəqslərimiz arasında böyük fərq var.

“Kim özü necə oynayır, necə rəqs edir özü bilər. Amma bunu milli rəqs adı altında öyrədib, biznes qurmaq, üstəlik yanlış rəqslər öyrətmək ayıbdır”,- deyə o vurğulayıb.

Murad

0