“Bəzi sənətkarlar var, sosial proqramlara çıxıb ekspert kimi çıxış edirlər. O verilişin aparıcıları da vəziyyəti elə şəklə gətirilər ki, sənətkar qalmaqala düşür. Flora xanım mənim ustadım olub.İstəmirəm ki, onun kimi böyük sənətkarı belə qalmaqallara salalar”.
Bu fikirləri Hit.az-a Faytonçu Nazim adı ilə tanınan Nazim Pişyari deyib.
“Əvvəllər efirə tez-tez çıxırdım. İndi çıxmazdan öncə aparıcıya da baxıram, ora dəvət olunan qonaqlara da. Hər adamla efirə çıxmıram. Flora xanımı çağrırılar , qəsdən elə suallar verirlər ki. o da cava verəndə aləm qarışıq”,- deyə o qeyd edib.
Murad