Soğanı qulağa qoymağın faydası nədir?

MARAQLI
16:46 / 07.03.2024
551

Faydalarını saymaqla bitməyən soğanın daha bir xeyri üzə çıxıb.

Hit.az xəbər verir ki, soğanın qulaq üçün də faydalı olduğu bəlli olub.

Tərkibində "A", "B" və "C" vitaminləri olan tərəvəz kükürd, yod, kalsium, dəmir, folat, maqnezium, fosfor, kalium və antioksidantlarla zəngindir.

Soğanın tərkibindəki "A" vitamini həm infeksiyalara qarşı effektivdir, həm də göz sağlamlığını dəstəkləyir. Tərkibindəki "B" vitamini immunitet və sinir sisteminin düzgün işləməsinə təsir edir, "C" vitamini isə insanı xüsusilə qış mövsümündə xəstəliklərdən qorunmağa kömək edir. Araşdırmalar onu da göstərir ki, soğan xərçəng xəstəliyinin inkişaf etməsinin də qarşısını ala bilir. 

Bundan başqa, soğanı qulağınıza da qoya bilərsiniz. Bəs bunu etmək nəyə kömək edir? 

Deməli, soğanı qulağa qoymaq 7 yaşdan 70 yaşa qədər hər kəsin yaşadığı qulaqlarda ağrı, cingilti və uğultu kimi çətin problemlərin həllinə kömək edir. Bunun üçün soğanı ortadan iki yerə bölün, ardınca isə qulağınıza yerləşəcək ölçüdə dilim kəsin. Onu qulağınıza yerləşdirin və bir neçə saat saxlayın. Qulaqla bağlı bütün şikayətlərinizin keçdiyini görəcəksiniz. 

Pərviz

0