“Azərbaycanda meyvə-tərəvəzin qiymətinin ucuzlaşması üçün məhsuldarlığı artırmaq, eyni zamanda məhsulun xərcini azaltmaq lazımdır”.
Bunu Hit.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli bazarlarda meyvə-tərəvəzin qiymətinin bahalaşmasının səbəblərindən danışarkən deyib.
Ekspert hazırda satışda olan meyvə-tərəvəzlərin anbarlardan gətirildiyini bildirib:
“Bu məhsulların anbarda saxlanması üçün sahibkarlar müəyyən xərc çəkir. Meyvə-tərəvəz Türkiyəyə nisbətdə Azərbaycanda çox bahadır. Məsələn, Azərbaycanda bir kilosu 3 manat 40 qəpiyə satılan mandarin Türkiyədə 54 qəpiyə təklif olunur. Azərbaycanda bu rəqəm ondan 6 dəfə bahadır".
Vahid Məhərrəmli əlavə edib ki, əgər məhsuldarlıq yüksək olarsa onun satış qiyməti aşağı düşəcək.
Azra