Pəhrizdən sonra çəkinin geri qayıtmasının qarşısını almaq üçün ciddi kalorili məhdudiyyətlərdən qaçınmalısınız - bu, tiroid bezinin pozulmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində diyetoloq Natalya Sıçeva danışıb.
"Uzun müddət ərzində maddələr mübadiləsi üçün lazım olandan daha az kalori qəbul etsək - orta hesabla bir qadın üçün bu, gündə 1400-1450 kilokaldır - onda metabolik proseslərimiz yavaşlayır. Pəhriz bitəndə isə çəki sürətlə artıb daha çox çəki ilə qayıda bilər”, deyə həkim bildirib.
Şiddətli kalori çatışmazlığının digər təhlükələri vitamin çatışmazlığı və tiroid funksiyasının pozulmasıdır. Bu orqan bir çox metabolik prosesləri idarə edir və buna görə də sağlam çəkinin qorunmasında əsas rol oynayır.
Pəhrizdən sonra nəticələri qorumaq üçün fiziki fəaliyyəti artırmaq lazımdır. Ən yaxşısı arıqlamağa başlamazdan əvvəl həkimə müraciət etməkdir.
Samir