Yevgeniya Qutsul həbs təhlükəsinə baxmayaraq, Moldovaya qayıdacaq

DÜNYA
20:08 / 07.03.2024
509

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul mərkəzi orqanların onu cinayət təqibi ilə qorxutmaq cəhdlərinə baxmayaraq, respublikaya qayıdacağını açıqlayıb.

HİT.az xəbər verir ki, Qutsal bu barədə öz "Telegram" kanalında yazıb.

"Cinayət işi, məhkəmə prosesi, məni Moldovaya buraxmamaq və ya məni birbaşa hava limanında həbs etmək barədə söhbətlər sizi və məni qorxutmaq cəhdləridir, lakin buna nail olmayacaqlar", deyə Qutsul bildirib.

Siyasətçi qeyd edib ki, Moldovaya - Qaqauziyaya qayıdacaq, çünki onun vəzifəsi xalqın yanında olmaqdır. O, Rusiya Federasiyasından qayıdandan sonra Kişinyovda brifinq keçirəcəyini də bildirib.

Martın 6-da Moldovanın baş prokuroru vəzifəsini icra edən İon Muntyanu Qaqauziya rəhbərinə qarşı cinayət işinin məhkəməyə veriləcəyini bildirib. Həmin gün Qutsul Rusiya prezidenti Vladimir Putinlə görüş və söhbət barədə məlumat verib.

Martın 1-də Qaqauziya rəhbəri Moskvaya işgüzar səfərə gəlib. O, Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşüb və Rusiyanın muxtariyyətə öz vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasına "kömək etməyə" hazır olduğunu bildirib.

Samir

0