Ursula fon der Leyen Aİ-ni yeni nəsil silahlar istehsal etməyə çağırdı

DÜNYA
20:44 / 07.03.2024
401

Avropa İttifaqı bloka daxil olan ölkələrin silahlı qüvvələrinin gücləndirilməsi siyasətini davam etdirməli, həmçinin müdafiə məqsədləri üçün yeni silahların istehsalına başlamalıdır. 

HİT.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.

“Avropa İttifaqı yeni nəsil silahların istehsalını təmin etməlidir”, deyə o vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının təhlükəsizliyi baxımından əsas məsələ Ukraynadır.

Martın 5-də Avropa Komissiyası Aİ tarixində ilk müdafiə-sənaye strategiyasını dərc edib. Sənəd blok çərçivəsində ümumi müdafiə layihələrinin hazırlanmasını nəzərdə tutur: 2030-cu ilə qədər Aİ ölkələri tərəfindən müdafiə satınalmalarının 40%-i birgə əsaslarla həyata keçirilməlidir.

Samir

0