"Meyxanada qışqırmalar başlayanda başım ağrıyır"

MAQAZİN
22:38 / 09.03.2024
505

"Mexyana aləmindən olan tənqidləri heç vaxt qəbul etməmişəm. Sözüm böyük çıxa bilər, amma böyük uğur qazanan isnanlar hansısa tənqidi etsələr, qəbul edərəm. Lakin görürəm ki, özü nəsə edə bilmir". 

HİT.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Gül kimi şou" verilişində deyib. Sənətçi əvvəllər özünün də bir çox məsələlərə tənqidi yanaşdığını bildirib:

"Təcrübəsiz dövrümdə nəyisə şüuraltı qəbul etmişəm. Məsələn, "Meyxanaçı hara, klip hara", amma görürsünüz ki, zaman gəldi və meyxanaya çoxlu kliplər çəkməyə başladılar. Fikir verirsinizsə, kiminsə qabağa düşüb etməsini gözləyirlər. Bu, o dövrdə də var idi. Nizami Rəmzi də mənə qədər bir çox işlər görmüşdü. Videoçarxlar çəkmişdi, konsertlər vermişdi, musiqiçilərlə birlikdə işləyirdi. Musiqi dünyası da başqa cür idi, amma nə qədər fasilə oldu. Mən edəndən sonra isə dedilər ki, bu olub.

"Meyxanaçı hara, cins şalvar, oxumaq hara", mən də bu fikirdə olmuşam, amma özümü tənqid edib, bu düşüncədən daşınmışam. Sərhədləri keçə-keçə bir üslub yarandı. "Meyxanaçı hara, mahnı hara" deyən adamlar sonra meyxana verilişi açıdılar. 5-10 il sonranı görüb edirdim, amma tənqid olunurdum.  

Namiq Qaraçuxurlu hazırda məclislərdə meyxana demədiyini bildirib: "Bu gün meyxana demirəm. Arada bəzi məclislərdə demişəm, amma sonra peşman olmuşam. Eşidib inciyənlər oldu ki, burada yox, amma gedib orada dedin. Lakin arada demək istəyirəm. Yəqin ki, meyxana deməklə bağlı indi problemim olar. Çünki həddindən artıq fasilə vermişəm, ilər keçib. Gənclərdən isə bəyəndiklərim çoxdur. Yeni gənc meyxanaçı çıxanda informasiyam olsun deyə, qulaq asıram. Amma zövq almaq üçün köhnələri dinləyirəm. Hazırda zövqümcə meyxanaçı yoxdur. Amma yaxşı meyxanaçılarımız çoxdur. Baxırsan ki, gözəl, əvvəlkilərdən də yaxşı deyir, amma ruha yapışmır. Meyxanada qışqırmalar başlayanda başım ağrıyır".

0