Xalq artisti Zaur Rzayev illər əvvəl ona qarğış edən qonşusuna görə yaşadığı evdən köçüb.
HİT.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Zaurla Günaydın" proqramında danışıb:
"İlk evim Əhmədli qəsəbəsində olub. Beşinci mərtəbədə yaşayırdım. Bir qadın qonşum var idi, eyni blokda yaşayırdıq. Oğlunun da adı Zaur idi. Bilirdi ki, saat neçədə evdən çıxacağam. Hər gün evdən çıxıb maşınla gedəndə məni görürdü və oğlunu göndərirdi həyətə. Sonra eyvandan qışqırırdı ki, "Zaur, qalx yuxarı, səni görüm kor olasan! Görüm, sənin səsin batsın!".
Bilirdim ki, sözü mənə atırdı. Fikir vermirdim və maşına minirdim. Səbəbini bilmirəm, ya mənə əsəbiləşirdi, ya da qısqanırdı. O qadının əlindən köçdüm".