"Nəhayət 22 yaşlı sevgilimi gördülər" - Xalq artisti

MƏDƏNİYYƏT
13:44 / 11.03.2024
896

Dünən Gənc Tamaşaçılar Teatrında aktrisa Naibə Allahverdiyevanın yubileyinə həsr olunmuş “Gerçəkləməyən arzular” adlı tamaşa təqdim edilib. Yüksək səviyyədə keçən konsert tamaşa tamaşaçıların alqışları və çiçək seli ilə müşaiyət olunub. 

Hit.az-a açqılama verən Xalq artisti bildirib ki, tədbirdə çox yorulsa da, işin öhdəsindən gələ bilib:

"Çox yoruldum. Ayaqlarımdakı ağrılara, həyəcana baxmayaraq, işin öhdəsindən gələ bildim. Səhnəyə gələn tamaşaçıların gözəl sözləri, saysız-hesabsız gül dəstələri belə deməyimə haqq verir. Sevildiyimi gördüm, demək səhnədə keçən ömrüm hədər olmayıb".

Aktrisa yubiley tədbirinə şəhid və qazi ailələrini də dəvət edib. Sonda səhnədən düşərək şəhid anaları ilə görüşən Xalq artisti bunu özünə borc bildiyini deyərək, onlara çiçək dəstələri bağışlayıb.

"Hamı yazılan bir xəbərdən sonra 22 yaşlı sevgilimin olduğunu düşünürdü. Nəhayət, hər kəs onu gördü. O tərəf müqabilim Romeo idi", deyə aktrisa bildirib.

Murad

0