Sülh müqaviləsinin bu tarixdə imzalanması GÖZLƏNİLİR

SİYASƏT
14:32 / 11.03.2024
416

"Azərbaycanla Ermənistan arasında olan siyasi proseslər fonunda sülh müqaviləsinin 2024-cü ildə imzalanması gözlənilir".

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, bəzi məqamlar bu müqavilənin imzalanmasına əngəl olur:

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan rəsmiləri Ermənistan rəsmilərilə birbaşa dialoqa girməyə çalışdılar, lakin bu, böyük dövlətlərin araya girməsi səbəbindən alınmadı".

Politoloq regiondakı mövcud vəziyyəti "gərgin" adlandırıb:

"Hal-hazırda Cənubi Qafqazda siyasi vəziyyət olduqca mürəkkəbdir. Bu mürəkkəb vəziyyətdən istifadə edən böyük dövlətlər isə Ermənistan üzərindən böyük oyunlar oynamaq istəyirlər".

345535

Rüstəm Tağızadə diqqətə çatdırıb ki, həmin dövlətlərdən biri də Fransadır:

"Fransa Rusiya və Ukrayna müharibəsinin gedişatının istifadə edərək Ermənistan ərazisindən Rusiyanı çıxarmaq istəyir. Həmçinin, rəsmi Paris Ermənistan ərazisində hərbi baza quraraq Cənubi Qafqazda möhkəmləməyə çalışır".

Ekspertin fikrincə, bu məqamda Rusiya faktorunu gözardı etmək mümkün deyil:

"Çünki Gümrü şəhərində yerləşən hərbi bazaya olan təhdid birbaşa Rusiyaya təhdid kimi başa düşülür. Bununla bağlı da Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində tez-tez bəyanat verilir".

Politoloq qeyd edib ki, əlbəttə otuz ildən çox davam edən münaqişənin tez bir zamanda həll olunması mümkün deyil:

"Lakin hər iki dövlət siyasi iradə ortaya qoyaraq bunu həll edə bilərlər. Rəsmi İrəvan Cənubi Qafqazda sülh və təhlükəsizliyə dair bir problem yaratmasa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlana bilər".

Pərviz

0