"Avropa ölkələrinin orduları tənəzzüldədir"

DÜNYA
19:37 / 11.03.2024
305

"Avropa ölkələrinin orduları, o cümlədən Polşa ordusu tənəzzüldədir". 

HİT.az xəbər verir ki, bunu RAR-a müsahibəsində Polşa milli müdafiə nazirinin keçmiş müavini Valdemar Şkıbçak deyib.

"Bizim texnikamız yoxdur, ordumuz bütün Avropa orduları kimi xarabalıqdadır", deyə Valdemar Şkıbçak bildirib.

Hərbçi qeyd edib ki, Ukraynadakı münaqişə səbəbindən NATO öz silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirilməsini həyata keçirməlidir.

Bundan əlavə, Valdemar Şkıbçak vurğulayıb ki, NATO üzvləri arasında Ukraynadakı vəziyyətə reaksiya fərqlidir. Onun sözlərinə görə, bu münaqişə Fransa və Almaniyanı "ayılmağa məcbur etdi", lakin göstərdi ki, Macarıstan, Slovakiya və Türkiyə Şimali Atlantika paktının kifayət qədər etibarlı iştirakçıları deyillər.

Samir

0