Azərbaycanda ailə-məişət zəmnində törədilən cinayətlər, qətl hadisələri arasında keçmiş həyat yoldaşı tərəfindən öldürülən qadınların sayı günü-gündən artır.
Maraqlıdır, rəsmi və qeyri rəsmi formada münasibətlərə xitam verən eks cütlüklər arasında xoşagəlməyən hadisələrin yaranma səbəbi, münaqişələrin böyüyərək qətllə nəticələnməsinin səbəbləri nədir?
Hüquqşunas Aytən İsaqızı Hit.az-a deyib ki, yalnız ailə çərçivəsində yaşadıqları halda, tərəflərin biri-birinin davranışlarına nəzarət etmək hüququ var:
“Bu nikahdan uşaq dünyaya gəlibsə, atanın ixtiyarı var ki, qadın boşandıqdan sonra onun uşaqla birgə yaşayışına nəzarət etsin. Əgər ananın uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkəti dəlil-sübutla isbatlanarsa, uşaq anadan alınaraq ataya verilə bilər. Amma buna görə, kişinin ondan boşanmış arvadının başını kəsməsi, ona küt alətlə xəsarət yetirməsi yolverilməzdir. Qadın boşandıqdan sonra onun hərəkət və davranışları uşaqların tərbiyəsinə mənfi təsir etdiyi halda kişi məsələyə müdaxilə edərək, hüquq mühafizə orqanlarına bu barədə şikayət edə bilər. Bu nikahdan uşaq yoxdursa, kişinin boşadığı həyat yoldaşının şəxsi həyatına müdaxilə etməsi qanunla qadağandır" .
Sevinc