TikTok gənc qızların tərbiyyəsinə təsir edir?

ÖLKƏ
19:59 / 11.03.2024
362

Son zamanların böyük insan kütləsini özünə cəlb edən Tik-Tok sosial şəbəkəsi artıq mənfi təsirlərini göstərməyə başlayıb.

Azyaşlı xanımlardan ibarət olan sosial media istifadəçiləri öz bədənlərinin yarıçılpaq və çılpaq videolarını lentə alaraq insanlarla paylaşır.

Cəmiyyət, mentalitet, əxlaq baxımından xoş qarşılanmayan bu cür hallar gündən-günə artmaqdadır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bəzi gənc qızlar Tik-Tokda bədələrinin videolarını paylaşaraq, oynayaraq özlərinə müğənni  kimi diqqət çəkmək istəyirlər. Yəni müğənniləri təbliğ edirlər:

"Həmin qızlar gözəgəlimli olduqda əks cinsin nümayəndəsi olan sosial şəbəkə istifadəçisi ilə tanış olur. Sonda da həmin xanıma "sən normal qız olsaydın, Tik-Toka çıxıb , mənim kimi 50 oğlanla yazışmazdın" deyilir. Beləliklə, bu platforma sayəsində milli mənəvi dəyərlər məhv olur. Bir qrup qızlar yarı çıplaq formada görüntülər paylaşır. Əslində onların bunu etməkdə məqsədi bəllidir. Yaxşı olar ki, aidiyyatı qurumlar bu cür səhfələrə nəzarət etsin".

Sevinc

0