Səhhətimizlə bağlı ən çox yayılan problemlərdən biri də baş ağrılarıdır.
Hər gün və hətta gün ərzində bir neçə dəfə baş ağrısı ilə üzləşə bilirik. Bu isə gündəlik həyatımıza və fəaliyyətimizə birbaşa mənfi təsir göstərir. Bir çox insan bundan xilas olmaq üçün müxtəlif üsullara əl atırlar.
Bəs baş ağrısından necə xilas ola bilərik?
Hit.az baş ağrısından qısa zamanda xilas olmağın yollarını təqdim edir:
1. Su içmək
Susuzluq baş ağrısının yaranmasına səbəb ola bilir. Susuz qalmamaq üçün gün ərzində mütəmadi şəkildə su içməyiniz tövsiyə olunur.
2. Çay/kofe içmək
Həmçinin, çay və kofe də baş ağrısını azalda bilir. Lakin onların tərkibində kofein olduğu üçün həddindən artıq içmək məsləhət deyil.
3. İstirahət etmək
Stress və yorğunluq baş ağrısı yarada bilir. Başınız ağrayan zaman mütləq şəkildə qısa müddətli də olsa istirahət edin. Hətta mümkünsə bir müddət yata da bilərsiniz.
4. Başınızı dinləndirin
Başınız ağrayanda bir az dinlənmək üçün səssiz və qaranlıq bir otağa girərək sakitlik tapmaq olar. Həmçinin, gözlərinizi yumaraq da başınızı dinləndirə bilərsiniz.
5. Masaj etmək
Baş, boyun və çiyinlərinizə masaj edərək sözügedən ağrılardan xilas olmaq mümkündür. Bu bölgələrdə olan əzələlər ağrıları azalda bilər.
6. Duş almaq
İlıq su ilə duş almaq və başınıza kompres qoymaq bağ ağrızın keçməsinə səbəb ola bilər.
7. Qidalanma
Düzgün qidalanma qan şəkərini balanslaşdırmağa və buna görə də baş ağrılarını azaltmağa kömək edə bilər.
Qeyd: Bunlara rəğmən baş ağrınız keçməsə dərman qəbul edə bilərsiniz. Əgər baş ağrılarınız şiddətlidir və keçmirsə həkimə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz