“Qarabağ”ın Avropa Liqasında “Bayer”lə Leverkuzendə keçiriləcək cavab oyunu üçün planları müəyyənləşib.
HİT.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 18:15-də çarter reysi ilə Kölnə uçacaq.
Oradan isə avtobusla Leverkuzenə yollanacaqlar.
Sabah Bakı vaxtı ilə saat 20:00-da Qurban Qurbanov mətbuat konfransına başlayacaq, yarım saat sonra isə komanda "Bay Arena"da yekun məşqə çıxacaq.
Qeyd edək ki, “Bayer" - "Qarabağ" oyunu martın 14-də keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.