Qaqauziyanın lideri Rusiyadan qaz istədi, Moldova müxalifəti ilə görüşəcəyini dedi

DÜNYA
14:13 / 13.03.2024
366

Moldovanın tərkibindəki Qaqauziya muxtariyyətinin prezidenti Yevgeniya Qutsul "Qazprom"dan endirimli tariflə birbaşa qaz tədarükü tələbi ilə Rusiyaya müraciət edib. 

HİT.az xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.

"Biz onlarla Qaqauziya üçün xüsusi tarifin ölçüsünü müzakirə edirik. Bura qazın necə veriləcəyi, hüquqi və praktiki təfərrüatlar daxildir. Tam anlaşma və dəstək var", deyə Qutsul brifinq zamanı bildirib.

Qutsul Rusiyada apardığı danışıqların yekunlarına görə Moldova müxalifətinin liderləri ilə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib. O, Kommunist Partiyası və Sosialistlər Partiyasının liderləri, keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodon, habelə qadağan olunmuş Şor Partiyasının rəhbəri İlan Şor və Dirçəliş Partiyasının rəhbərliyi ilə görüş planlarını açıqlayıb. 

"Biz Moldova parlamentində və hökumətində mümkün qədər çox qaqauz xalqımızın olmasında maraqlıyıq. Qaqauziyanın hökumətdəki başçısı kiminsə kaprizləri ilə oynamayacaq", deyə Qutsul bildirib.

Samir

0