Moldova Plahotnyuk və Şoru vətəndaşlıqdan məhrum edə bilər

DÜNYA
15:38 / 13.03.2024
298

Moldova prezidenti Maya Sandu keçmiş oliqarx və Moldova Demokratik Partiyasının lideri Vladimir Plahotnyukun, həmçinin ləğv edilmiş Şor Partiyasının keçmiş lideri İlan Şorun vətəndaşlıqdan məhrum edilməsi imkanlarını nəzərdən keçirir. 

HİT.az xəbər verir ki, bu barədə prezident aparatının rəhbəri Adrian Balutel özünün "Telegram" kanalında yazıb.

Qeyd olunur ki, Şor və Plahotnyuk qarşı cinayət işi başlanıb. Onlar dövlətə qarşı törədilmiş cinayətlərdə və pul oğurluğunda ittiham olunurlar.

Balutelin sözlərinə görə, hər iki siyasətçinin vətəndaşlığının ləğvi ilə bağlı müraciətə baxıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Bundan əvvəl Moldova parlamentinin sədri İqor Qrosu bildirib ki, ölkə parlamenti ölkədə vəziyyəti “sabitləşdirən” əcnəbi vətəndaşlara qarşı sanksiyaların tətbiqi imkanını müzakirə edəcək.

Onun sözlərinə görə, sabitliyin pozulması cəhdlərinin müəyyən edilməsində Baş Prokurorluq və İnformasiya və Təhlükəsizlik Xidməti (MXM) iştirak etməlidir.

Samir

0