Saçları daha parlaq və yumşaq etmək üçün bunu edin - Mütəxəssis rəyi

MARAQLI
20:34 / 13.03.2024
2127

Saçlarınızın reklam çarxlarında olduğu kimi elastik, parlaq və sağlam görünməsini istəyirsiniz?

Bunun üçün çox asan və ucuz bir vasitə var. Sağlam saçları əldə etmək üçün salona getmədən, elə evdə gözəllik yarada bilərsiniz.

Stilist  Samirə Balayeva Hit.az-a bildiri ki, evdə saçları yumazdan öncə sadə bir prosedurla hər qadın və kişi gözəl saçlara sahib ola bilər. 

"Bunun üçün bir xərək qaşığı  tünd sadə kofeni saç şampununa qatıb saçlara sürtmək lazımdır. 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yusanız onların həm rənginin təravətləndiyini görəcəksiniz, həm də parlaqlığı və elastikliyi artacaq", deyə stilist bildirib.

"Əgər saçınıza boya qoymağa vaxtınız yoxdursa, tünd qəhvəni saçlarınıza sürtməklə ağarmış tellərinizi gizlədə bilərsiniz. Bu tamamilə ağappaq olmuş saçlar üçün deyil. Tamamilə ağarmış saçların saralıb pinti vəziyyətdə  görünməsini istəmirsinizsə, onları paltar yumaq üçün istifadə edən lil ( sinka) ilə yaxalayın”, deyə stilist bildirib.

O saç boyamaq üçün dədə-babadan istifadə olunan xına bitkisinin ən təbii və təhlükəsiz vasitə olduğunu söyləyib. Saçları boyamaq üçün qoz qabığı, qara çay, soğan və nar qabığının da yaxşı vasitə olduğunu söyləyib.

Murad

0