Naxçıvandakı bu xəstəxanalara 2 milyonluq KT, 2,2 milyonluq isə MRT cihazı alınır

İQTİSADİYYAT
21:08 / 13.03.2024
369

Naxçıvan Muxtar Respublikasının Culfa Rayon Mərkəzi Xəstəxanası üçün yeni tibbi avadanlıqlar sifariş verilib.

İqtisadiyyat.az xəbər verir ki, xəstəxana Maqnit Rezonans Tomoqrafiya (MRT) və Kompüter Tomoqrafiya (KT) cihazları alır.

MRT üçün 2.281.235 manat, KT üçün isə 1.193.865 manat vəsait ödənilib.

Avadanlıqları xəstəxanaya "JBA GROUP" şirkəti təhvil verəcək.

Artıq şirkətlə xəstəxana arasında 3 475 100 manat məbləğində müqavilə imzalanıb.

 

0