Latviyanın baş naziri Evika Silina bildirib ki, Baltikyanı ölkələr Rusiya ilə onların arasına "dəmir pərdə"nin çökməsinə çalışırlar.
HİT.az xəbər verir ki, baş nazir bu barədə Vaşinqtonda Atlantik Şurasının tədbirində bildirib.
"Biz başa düşürük ki, gələcəkdə Baltikyanı ölkələrlə Rusiya və Belarus arasında dəmir pərdə olacaq. İlk növbədə, söhbət Rusiya Federasiyasından iqtisadi və enerji müstəqilliyinin təmin edilməsindən gedir", deyə Evika Silina qeyd edib.
Onun fikrincə, bu məqsədə nail olmaq o qədər də asan deyil:
"Biz Baltikyanı respublikalar hələ də prosesdəyik, bunun üçün vaxt lazımdır".
Samir