Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının nümayəndələri baş nazir Rişi Sunakın dəyişməsini müzakirə edirlər.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Agentliyin məlumatına görə, Britaniya hökumətinin üzvləri son vaxtlar Rişi Sunakın 2025-ci ilin yanvarına qədər keçirilməsi planlaşdırılan parlament seçkilərinə qədər dəyişdirilməsi imkanlarını daha çox müzakirə ediblər.
Qeyd edilir ki, bu cür müzakirələr Rişi Sunakın tez siyasi qərarlar qəbul etmək iqtidarında olmadığını göstərən "səhvlər silsiləsi"ndən sonra başlayıb. Bunlara Leyboristlər Partiyasının əsassız olaraq iddialı olduğu vergiləri azaltmaq vədləri, həmçinin Tori üzvlərinin irqçi ifadələri ilə bağlı mübahisələr daxildir.
Bundan əvvəl "Times" qəzeti Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun ümumi parlament seçkilərində Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının seçki kampaniyasında iştirak etmək ehtimalının yüksək olduğunu yazmışdı.
Samir