Avropa NATO ölkələri və Kanadanın müdafiəyə ayıracağı məbləğ açıqlandı

DÜNYA
18:00 / 14.03.2024
427

Avropa NATO ölkələri və Kanada 2024-cü ildə müdafiəyə 470 milyard dollar sərmayə qoyacaq.

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı hərbi xərclərini artırmağa davam edir.

"Avropa NATO ölkələri və Kanada 2024-cü ildə müdafiəyə 470 milyard dollar sərmayə qoyacaq ki, bu da onların ümumi ÜDM-nin 2%-ni təşkil edəcək", deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi etiraf edib ki, Qara dəniz donanmasının gəmilərinə hücumlar Şimali Atlantika Alyansına üzv ölkələrin təchiz etdiyi raketlərlə həyata keçirilib. O, Ukraynanın Rusiya Qara Dəniz Donanmasının gəmilərinə endirdiyi zərbələrin NATO ölkələrinin təchiz etdiyi "Scalp" və "Storm Shadow" raketləri ilə həyata keçirildiyini bildirib.

Yens Stoltenberq bildirib ki, hazırda NATO alyansın bütün ölkələrinə, o cümlədən Finlandiyaya münasibətdə Rusiyadan təhlükə görmür:

"NATO Rusiyadan heç bir ölkəyə birbaşa hərbi təhlükə görmür. Bu, Finlandiyaya da aiddir".

O, həmçinin əlavə edib ki, onun fikrincə, Helsinkinin Şimali Atlantika Alyansına qoşulması ölkənin mövqeyini daha təhlükəsiz edib.

Samir

 

0