Çin XİN: "ABŞ dünya tarixində ən böyük dezinformasiya mənbəyidir"

DÜNYA
19:31 / 15.03.2024
455

ABŞ müntəzəm olaraq digər ölkələri dezinformasiya yaymaqda ittiham edir, lakin eyni zamanda saxta xəbərlərin əsas mənbəyi olaraq qalır. 

HİT.az xəbər verir ki, bunu brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

O qeyd edib ki, Vaşinqton sistematik olaraq Çin haqqında yalan məlumatlar yayır.

"Amerika hökuməti dünya tarixində ən böyük dezinformasiya mənbəyidir. Birləşmiş Ştatlar tez-tez dezinformasiya yaymaqda başqa ölkələri günahlandırır və ən böyük yalan məlumat mənbəyidir", deyə rəsmi bildirib.

Vanq Venbin həmçinin əlavə edib ki, ABŞ tərəfindən dezinformasiyanın yayılması Çinin inkişafını dayandırmayacaq.

Bundan əvvəl Vanq Venbin bildirmişdi ki, Amerika hakimiyyəti Ukraynanın taleyi ilə maraqlanmır, onlar Ukrayna böhranında yalnız öz geosiyasi məqsədlərini güdürlər.

Samir

0