Boşanma səbəbləri: “Qız pozğun idi”, “oğlan narkoman...”

SOSİAL
18:34 / 15.03.2024
697

Bu gün boşanan cütlüklərin sayı günü-gündən artır. 

Hər 3 evlilikdən biri boşanır. 

Maraqlı məqam ondan ibarətdir ki, boşanan cütlüklər  barəsində hıər zaman xoş olmayan fikirlər səslənir.

Belə ki, boşanmış cütlüklər barədə oğlan evi deyir ki, “qız pozğun idi”, qız evi də oxşar müdafiə mövqeyi tutur: “oğlan narkoman idi”.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, insanlar məsələyə obyektiv yanaşa bilmədikləri zaman reallığı qəbul edə bilmirlər. 

Nəticə etibarilə daxillərindəki “mən”i sakitləşdirmək üçün qarşı tərəfi günahlandırırlar:

 “Əgər onlar öz reallıqlarını qəbul etsələr, onlar üçün çox çətin vəziyyət yaranacaq. Buna görə də günahı başqalarının boynuna ataraq öz vicdanlarını rahataladırlar. Nəticədə, qalmaqallı münaqişələr, boşanmalar yaranır”.

Sevinc

0