Aşağı, yoxsa yuxarı mərtəbədə yaşamaq sağlıqlıdır?

ÖLKƏ
22:22 / 15.03.2024
408

Bina evində yaşayanlar daha çox yuxarı mərtəbədə yaşamağa üstünlük verir. 

Həm mənzərə, həm də havasına görə sakinləri yuxarı mərtəbəni məqbul hesab edir. 

Hündürmərtəbəli binalarda yaşamağa üstünlük verənlərin sayı çox olsa da, bəzən bu cür binalarda yaşamağın insan sağlamlığı üçün təhlükəli olduğunu deyənlər də var. 

Bəs həqiqətən hündürmərtəbəli binalar insan sağlamlığı üçün təhlükəli hesab edilə bilərmi?

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, hündürlüyün orqanizmə neqativ təsiri olduğunu demək çətindir:

"İnsan zamanla uyğunlaşa bilir. Orada yaşayan insanlar uyğunlaşdıqdan sonra hər hansı problem olmur. Sadəcə olaraq, həmin mərtəbələrdə binanın tikinti materiallarının ekeoloji baxımdan insan sağlamlığı üçün problem yaratmamasına diqqət etmək lazımdır".

Ekspert deyib ki, hündürmərtəbəli binada yaşamağın yüksəklikdən qorxan insanlar üçün mənfi təsirləri ola bilər: 

“Bu cür qorxuları olmayanlar üçün heç bir problem yoxdur. Şəhərləşmə prosesi dünyanın hər yerində gedir”.

Sevinc

0