Neftçalanın icra başçısı 1,6 milyonluq tenderləri bu şirkətlərə verdi

İQTİSADİYYAT
23:00 / 15.03.2024
300

Neftçala Rayon İcra Hakimiyyəti avtomobil yollarının əsaslı təmir işləri ilə əlaqədar elan etdiyi tenderə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Avtoyoltikintiservis" şirkəti olub.

RİH ilə şirkət arasında 405.395,25 manatlıq müqavilə imzalanıb. Rayon rəhbərliyi bu vəsaiti həyata keçiriləcək təmir işlərinin müqabilində sözügedən şirkətə ödəməlidir.

Həmçinin RİH rayon üzrə Mənzil Fondunun əsaslı təmir işləri ilə bağlı "Şabran-D" şirkəti ilə 202.508 manatlıq, rayon üzrə abadlıq işləri ilə bağlı "Baku Building" şirkəti ilə 1.008.816,13 manatlıq müqavilə imzalayıb.

Qeyd edək ki, Neftçala RİH yolların, park və küçələrin təmiri, bərpası və yenidənqurması, eləcə də müxtəlif növ abadlıq işləri ilə əlaqədar mütəmadi olaraq bu kimi tenderlər keçirir. 

Xatırladaq ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. 35 yaşlı icra başçısı 4 ildir ki, rayona rəhbərlik edir.

 

0