Əməkdar artist Vəfa Zeynallının səhhətində problem yaranıb.
HİT.az xəbər verir ki, bu barədə sənətçi pözü məlumat yayıb. Aktrisa bildirib ki, əməliyyat keçirib:
“Kiçik bir problemim oldu, həkimlər tez bir zamanda məni xilas etdi. Əməliyyat olundum, sonra həyəcanlı vaxtlar başladı. Bilirsiniz ki, patologiyanın cavabını gözləmək 1 ay 20 gün vaxt lazımdır. Amma mənim cavabım tez gəldi, 3 günə hazır oldu. Cavab müsbət idi. İşinin peşəkarı həkimlərimə təşəkkürlərimi bildirirəm. Var olasız”.