Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi "Tamam o zaman" mahnısı plagiat çıxıb.
Bəstənin mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu "Gülüb getdi" mahnısının eynisi olduğu iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Musiqi fərqli aranjiman edilsə də, mahnının bənzərliyi açıq-aşkar görünür. Mahnı mərhum bəstəkar Tahir Əkbər tərəfindən ərsəyə gətirilib.
Qeyd edək ki, T. Əkbər "Gülüb getdi" mahnısını 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat və Tamer Alinin bəstələdiyi sözügedən ifanı dinləyicilərə təqdim edib.//Axşam.az