“Bleforoplastika əməliyyatını hər adam etdirməməlidir. Əks göstəriş olan adamlar bu əməliyyatı etdirdikdə göz qapaqları bağlanmaya bilər”.
Bu fikirləri Hit.az-a estetik cərrah Cavad Xəlilli səsləndirib.
“Hamı gənc görünmək istəyir. Bəzi adamlarda göz qapaqları daha erkən yaşlarda sallanır. Göz qapaqlarının əməliyyatını etdirməzdən öncə necə nəticə ala biləəyinizi evdə özünüz güzgü qabağında müəyyənləşdirə bilərsiniz.
Güzgü qarşısında durum, qaşınızın üstündn basaraq göz qapağınızı 5-6 millimetr yuxarı çəkin. Əgər yenə göz qapağında sallanma varsa, demək sizə əməliyyat etdirmək olar. Yox əgər bunu edərkən göz qapağınızın sallanması itirsə, sizə əməliyyat etdirmək olmaz. Çünki göz qapaığınız bağlanmaya bilər. Simanızı zədələmiş və əlavə bir çapıq qazanmış olarsınız", deyə cərrah qeyd edib.
Murad