Polşanın şimalında həvəskar tarixçilər Roma təsiri dövrünə aid əsərlər tapıb.
HİT.az xəbər verir ki, bu barədə "Arkeonews" məlumat yayıb.
Əşyaları aşkar edən tarixçilər II Dünya müharibəsindən qalan silah və patronları tapacaqlarını ümid edirmişləır. Bunun əvəzinə dörd broş (paltar üçün metal bağlayıcılar), üzük və bir çox digər zərgərlik parçaları tapıblar. İlkin ehtimallara əsasən, artefaktlar II əsrin sonu və ya III əsrin əvvəllərində, Roma mədəniyyətinin təsiri altında formalaşan dövrlərdə yaradılıb.
Əşyalar erkən Qərbi Baltik mədəniyyətinin qəbiristanlığının və ya yaşayış məntəqəsinin olduğunu göstərə bilər: Yatvingian və ya Boqaçevo. Artefaktları tapan tarixçilər dərhal rəqəmsal xəritədə GPS koordinatlarını qeyd edərək, onların şəklini çıkib. Bu, gələcək arxeoloji tədqiqatlara kömək edəcək.
Samir