Müasir dövrün problemi - Unutqanlıq

SOSİAL
21:34 / 18.03.2024
804

Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən yayğın şikayətlərindən biridir.

Müasir günümüzün gətirdiyi stress və həyat tərzi insanların yaşam formasına öz mənfi təsirini göstərə bilər. 

Yaşadığımız cəmiyyətdə baş verən hadisələr həyat tərzimizə təsir etməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Nevroloq Vahid Əliyev Hit.az-a deyib ki, unutqanlığın səbəbləri çox fərqli ola bilər. Ancaq bu hal ciddiyə alınmalı və müalicəsi tez bir zamanda edilməli bir vəziyyətdir: 

“Xəstəliyin səbəbləri nəzərə alınaraq müalicə tətbiq edilir və unutqanlıq xəstəliyinin qarşısının alınmasına çalışılır.İnsanlar arasında unutqanlıq xəstəliyinin yalnız yaşlılarda görülməsi barədə bir fikir olsa da, bu doğru fikir deyil. Hər yaşda olan insanlar fərqli səbəblərə görə unutqanlıq xəstəliyinə düçar ola bilərlər. Müasir dövrümüzdə gənclər də amneziyadan əziyyət çəkirlər. Bəzi hallarda unutqanlıq normal hesab edilə bilər və gündəlik səbəblərə aid edilə bilər. Ancaq ilk olaraq , onu demək olar ki, unutqanlıq vitamin çatışmazlığı və ya hormon çatışmazlığı nəticəsində meydana gəlir. Bundan əlavə, ⁶nevropsikiyatrik xəstəliklər olan Alzheimer və demensiya sonrakı yaşlarda da ortaya çıxa bilər. Bu xəstəliklərin ən çox görülən simptomları arasında unutqanlıq və ağır depressiya var”. 

Sevinc

0