Rusiya Almaniyaya nota göndərərək Leninqradın mühasirəsi və Üçüncü Reyxin digər cinayətlərinin rəsmən soyqırım aktı kimi tanınmasını tələb edib.
HİT.az xəbər verir ki, Rusiya səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə müvafiq nota göndərib.
Bildirilir ki, Rusiya tərəfi Almaniyanın keçmişdə insanlığa qarşı törətdiyi cinayətlərin soyqırım aktları kimi rəsmən tanınması məsələsinə Almaniya hakimiyyətinin "yanaşmasının ziddiyyətli xarakterini" bəyan edir. "Almaniya tərəfi müstəmləkəçilik dövründə törətdiyi cinayətləri soyqırım aktı kimi tanıyaraq, Leninqradın blokadası və İkinci Dünya Müharibəsi illərində SSRİ xalqlarına qarşı törədilmiş digər cinayətlərlə bağlı hələ də bunu etməyib. Rusiya tərəfi Almaniya tərəfi tərəfindən Üçüncü Reyxin bu vəhşiliklərinin soyqırım aktları kimi rəsmən tanınmasında israrlıdır", deyə mətndə qeyd edilir.
Yanvarın sonunda Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Almaniya Leninqradın mühasirəsi zamanı alman hərbçilərinin törətdiyi cinayətlərə görə tam məsuliyyəti öz üzərinə götürür.
Samir