Aİ Ukraynaya silah tədarükünün pulunu Sülh Fondundan ödəyəcək

DÜNYA
19:19 / 18.03.2024
505

Avropa İttifaqı Ukraynaya tranşlar üçün Avropa Sülh Fondunu 5 milyard avro artırmaq qərarına gəlib, lakin Macarıstan bu məqsədlər üçün vəsait ayırmaqdan imtina edib. 

HİT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, görüşdə müharibə mühiti hökm sürüb, onun iştirakçıları Ukraynaya silah tədarükünün haqqını ödəmək üçün Avropa Sülh Fondu adlanan fondu artırmaq qərarına gəliblər.

Macarıstan bu qərardan imtina edib. Siyrtonun sözlərinə görə, ölkə bu fondla bağlı heç bir siyasi və ya maliyyə öhdəliyi götürmək niyyətində deyil.

"Bu o deməkdir ki, biz tələb olunan 50 milyon avronu ödəməli olacağıq, lakin bununla nə etmək istədiyimizə özümüz qərar verə biləcəyik" deyən nazir Macarıstanın töhfəsini Qərbi Balkanlar bölgəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə sərf etmək olacağını bildirib.

Ukraynanın baş naziri Denis Şmıqal öz "Telegram" kanalında bildirib ki, ölkə hökuməti Aİ-dən 50 milyard avroluq maliyyə yardımı almaq üçün lazım olan planı təsdiqləyib:

"Hökumət Ukrayna Mexanizmi üçün planı təsdiqləyib. Bu, dörd il davam edən və ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində maliyyə dəstəyinin verilməsi üçün əsasdır".

Onun sözlərinə görə, plan yaxın vaxtlarda baxılması üçün Avropa Komissiyasına təqdim olunacaq. O qeyd edib ki, planın həyata keçirilməsi sayəsində Ukrayna bu il təxminən 16 milyard avro əldə edə biləcək.

Samir

 

0