Stresi aradan qaldırmağın 5 ləzzətli yolu

MARAQLI
19:00 / 19.03.2024
610

Elə dövdə yaşayırıq ki, kimi dindirsən stresdən bəhs edir.

Gündəlik yaşam tərzimiz. Xüsusən böyük şəhərlərdə yaşayan insanların stresdən uzaq qalması mümkün deyil. Amma ondan yaxa qurtarmağın asan yolu da var.

Hit.az-a açıqlama verən psixoloq Vəfa  Həşimova bu barədə danışıb.

“Yuxu, günəş işığı, seks, idman və gülüş. Bu nə pul tələb edir, nə də çətindir. Gündəlik həyatımızdan əskik etməməli olduğumuz işlərdir. Ümumiyyətlə, əsəbi olarkən ən yaxşısı durub hərəkət etmək, ev işləri görməkdir. Bunun özü də bir növ idman sayıla bilər. Günəş işığı orqanizmdə xoşbəxtlik hormonlarını oyandırır. Hətta gülməyiniz gəlməsə belə, güzgüqarşısında durub, özünüzə təbəssümlə baxın, faydasını görəsəksiniz”, - deyə psixoloq bildirib.

Murad

0