Pert Pavel: "Avropa özü və Ukrayna üçün lazımi miqdarda sursat istehsal edə biləcək"

DÜNYA
18:40 / 19.03.2024
446

Yaxın gələcəkdə Avropa şirkətləri həm özləri, həm də Ukrayna üçün lazımi miqdarda sursat istehsal edə biləcəklər.

HİT.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib. Onun sözlərinə görə, tərəfdaşlar istehsal müəssisələrini yerləşdirir və eyni zamanda harada bacarırlarsa sursat axtarırlar.

"Tələb olunan sayda mərmi istehsalı vaxt tələb edir. Bu, bizim istehsal gücümüzü artırmağı tələb edir. Amma Ukraynanın indi mərmilərə ehtiyacı var. Biz Avropa şirkətlərini gözləyə bilmərik, ona görə də imkan daxilində döyüş sursatı tapmağa çalışırıq. Onu mümkün qədər tez Ukraynaya çatdırmaq istəyirik. Bununla belə, biz öz imkanlarımızı artırırıq", deyə Pavel qeyd edib.

"Yaxın gələcəkdə Avropa şirkətləri Avropa ölkələrinin ehtiyatlarını artırmaq üçün lazımi miqdarda döyüş sursatı istehsal edə biləcəklər, həmçinin Ukraynanın hələ də ehtiyacı olduğu halda sursatla təmin edə biləcəklər", deyə Çexiya lideri əlavə edib.

Çexiya bir neçə ay ərzində Avropa İttifaqı hüdudlarından kənarda gizli şəkildə Ukrayna üçün sursat axtarıb və nəticədə 500 min 155 mm mərmi və 300 min 122 mm mərmi tapa bilib. Bu qədər əhəmiyyətli silahların alınmasını maliyyələşdirmək üçün artıq bir sıra Avropa ölkələri və Kanadanın qoşulduğu qeyri-rəsmi koalisiya yaradılıb.

Çexiya prezidentinin sözlərinə görə, gözlənilməz problem yaranmasa, bu mərmilər yaxın həftələrdə Ukraynaya gəlməyə başlayacaq. 

Samir 

 

0