Çin Rusiya və Ukrayna arasında bərabərhüquqlu danışıqları dəstəkləyir

DÜNYA
17:32 / 19.03.2024
566

Çin Rusiya və Ukrayna arasında bərabərhüquqlu sülh danışıqlarını dəstəkləyir. 

HİT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi bildirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jianın sözlərinə görə, hakimiyyət Ukrayna problemində obyektiv və ədalətli mövqe tutur. O əlavə edib ki, Çin Rusiya və Ukrayna arasında danışıqların irəliləməsinə kömək etməkdə davam edir.

"Çin hər iki tərəfin bərabər iştirakı ilə istənilən dinc layihələr üzrə həm Ukrayna, həm də Rusiya tərəfindən tanınacaq ədalətli beynəlxalq görüşlərin keçirilməsini dəstəkləyir", deyə o, yekunlaşdırıb.

Bundan əvvəl "Politico" nəşri rəsmi mənbələrə istinadən xəbər verib ki, Çin Ukrayna üzrə mümkün danışıqlara Rusiya dəvət olunmasa, iştirakdan imtina edə bilər. Nəşrin yazdığına görə, Çinin mövqeyinə əsasən, Avropa İsveçrədə baş tuta biləcək qarşıdan gələn məsləhətləşmələrdə iştiraka Rusiya Federasiyasını cəlb etməlidir.

Samir

0