Novruzda papaq atılmalıdırmı?

SOSİAL
18:20 / 19.03.2024
1105

Səməni, tonqal mərasimi, papaqatdı Novruz bayramının atributlarıdır.

Bu adətlərin tarixi, etnoqrafiyası və əhəmiyyəti bu gün də mübahisə mövzusu olaraq qalır. 

Zamanla papaqatmanın düzgün olmaması ilə bağlı fikirlər səslənib.

Iddiaya görə, Novruz bayramında qapılara papaq atmaq düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki,  papaq atmaq qədim adətlərdən biridir:

 "Bu adətin yığışdırılmasını deyənlər məsələni yaxşı araşdırmayıblar. Papağın özünün formaları var. "Namus-qeyrət papağı" deyilən papaqlar adətən dəridən, bahalı materiallardan tikilən xüsusi papaqlar olub. Buxarı, xeyrə-şərə geyilən papaqlar əsasən namus rəmzi hesab olunub. Hər papağı gətirib qapıya qoymayıblar".

Onun dediyinə görə, cəmiyyət papaq atmaq adətinin qadağasını pis qarşılayar:

 "Papaqatma heç kimin "komandası" ilə yaranan ənənə deyil ki, kiminsə sözü ilə də aradan götürülsün. Xalq gözünü açandan bunu görüb. Əgər bu adət qondarma olsaydı, heç papaq atmaq termini də olmazdı. Papaqatmanın düzgün olmaması iradı gülüncdür".

Sevinc

0