"Həmişəki kimi missiyamız sülhdür" - Mübariz Göyüşlü

SİYASƏT
17:48 / 19.03.2024
725

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə Bakıda təkbətək görüşü olub.

Bu görüş Beynəlxalq aləmə hansı mesajları verir? 

Hit.az-ın sualını siyasi ekspert Mübariz Göyüşlü cavablandırıb.

"NATO Baş katibinin Cənubi Qafqaza səfərini Azərbaycandan başlaması ölkəmizin dünyada artan əhəmiyyətini, gücünü və yerini göstərir. NATO- Azərbayacan əlaqələri sabit qalmaqdadır. Biz sülhməramlı qüvvələr olaraq, NATO ilə Kosova, Əfqanıstanda əməkdaşlıq etmişik. Hər iki ölkədə ordumuz yüksək peşəkarlıq və nümunəvi xidmət göstərib. NATO-nun Baş katibi Prezident İlham Əliyevlə görüşdə bildirdi ki, ordumuzun peşəkarlığı onu xoş mənada təəccübləndirib", deyə ekspert vurğulayıb.

"Azərbaycan Avropanın qazla bağlı enerji təhlükəsizliyinin təminində rol oynayır və NATO-nun baş katibi də bunu  qeyd etdi. NATO ölkələri Cənubi Qafqazda hər hansa bir ölkədə öz varlıqlarını təmin etmək istəyirlərsə, Azərbaycanı görməzdən gələ bilməzlər və qəul edirlər ki, Azərbaycan ciddi faktordur.

Hər iki tərəf qarşılıqlı əlaqələrin qurulmasında maraqlıdır. Azərbaycan bərpa olunan enerji məsələlərində də aktiv iştirak edir. Bu ciddi maliyyə tələb edən məsələdir və ölkəmiz bu prosesdə öz yerini bərkidir. Azərbaycan NATO-ya üzv olmaq fikirində deyil. Hər hansı bir hərbi bloka üzv olub qarşıdurma tərəfi kimi iştirak etmək  fikirimiz yoxdur. Lakin əməkdaşlıq etmək normaldır. Biz NATO tərkibində Rusiyaya qarşı çıxmırıq. Bu bəyan olunub. Lakin ölkəmiz regionda NATO ilə qarşıdurma halında olan dövlətlər arasıda vasitəçi rolunu oynaya bilər. Həmişəki kimi missiyamız sülhdür, barışdır. Azərbaycan qarşı duran tərəflər arasında dialoq məkanı ola bilər. NATO- nun bizə artan marağını görürük. Ölkəmizə qarşı aqressiv mövqe sərgiləyən ölkələrin də gərginlik yox, əməkdaşlıq yolunu seçməsi daha məqsəduyğun olardı", deyə ekspert bildirib.

Murad

0