Bekhem Messiyə görə ağladığını etiraf etdi

İDMAN
22:27 / 25.03.2024
492

"İnter Mayami"nin sahibi Devid Bekhem argentinalı Lionel Messi ilə müqavilə imzalamazdan əvvəl keçirdiyi emosiyalardan danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

"Bu, Lionel Messinin gücüdür. Bir futbolçunun emosiyalar baxımından nələr verə biləcəyi inanılmazdır. Leo PSJ-dən ayrıldığını açıqladığı üçün qərar verməli olduğumuzu bilirdik. Yaponiyada səhər saat 4 və ya 5-də mən yataqdayam və telefonuma gələn zənglər dayanmırdı. Viktoriya "telefonunu söndür, yatmalıyıq" deyirdi. Əlimi uzadıb eynəyimi götürdüm və sonra telefonumda oxudum ki, Messi "İnter Mayami"yə gəlmək qərarı verib. Yataqda oturub ağlamağa başladım. Viktoriya isə "Nə baş verir? Nə olub? Kim öldü?" deyə sual edirdi. Mən isə ona "Leo gəlir, Mayamiyə gəlir" cavabını verdi. Sonra ortağım Xose ilə danışdım və o, mənə dedi: "İnanırsanmı?". Mən "İnanmıram. Gəl o, Mayamiyə çatana qədər gözləyək, sonra inanacağam" cavabını verdim", deyə Bekhem bildirib.

"Messi göydən düşmədi, onun transferi uzunmüddətli iş tələb etdi. Biz Leonun atası ilə çoxdan danışırdıq. 5 il əvvəl atası ilə görüşəndə dedim: "Leo hələ hazır deyil, amma oğlunuzun gələcəkdə mənim klubumda oynamasını istəyirəm", deyə Bekhem əlavə edib.

Qeyd edək ki, Messi 2023-cü ildə PSJ-dən "İnter Mayami"yə keçib. 

0