“Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim Təhminə obrazıdır. Özümü Təhminə obrazında görürəm. Onu qınamıram”.
Bu sözləri aktrisa Pərvin Abıyeva “Dəyişən cavab” verilişində danışıb. Sənətçi Anar Ağakişiyevin “Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM” ifadələrinə diqqət çəkən cavab verib:
“Məncə, Kənan MM “Təhminə” filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə “Təhminə və Zaur” serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.
O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm”, - deyə, Abıyeva bildirib.//olay.az