Qışın üç ayında ruslar 32 ukraynalı hərbi əsiri edam edib. Bu, əvvəlki dövrlərdən daha çoxdur.
HİT.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Haqları üzrə Monitorinq Missiyasının (OHCHR) hesabatında deyilir.
Hesabat 2023-cü il dekabrın 1-dən 2024-cü ilin 29 fevral tarixinə qədərki Ukraynada insan haqları ilə bağlı vəziyyəti əhatə edir.
"Hesabat dövründə OHCHR 12 ayrı insidentdə bu yaxınlarda əsir götürülmüş ən azı 32 ukraynalı hərbi əsirinin edam edilməsi barədə məlumat əldə edib. OHCHR Rusiya hərbçilərinin döyüşdən geri çəkilmiş yeddi ukraynalı hərbçini edam etdiyi bu insidentlərdən üçünü təsdiqləyib", deyə məlumatda qeyd edilir.
Bundan əlavə, ekspertlər bu yaxınlarda əsirlikdən azad edilmiş 60 Ukrayna əsgərindən müsahibə götürüblər. Onların əksəriyyəti cinsi istismara məruz qalıb. Həmçinin zorlama və kastrasiya, döyülmə və ya cinsi orqanlara elektrik cərəyanı vurma təhdidləri, xüsusilə də sorğu-suallar və döymələrin yoxlanılması zamanı təkrar məcburi çılpaqlıq halları da ğolub.
Samir