Bundan sonra boşananlar kredit ödəyəcək...

SOSİAL
19:40 / 27.03.2024
804

Ölkəmizdə bundan sonra ər-arvad boşansa da, evli olduqları müddətdə adlarına yazılmış krediti ödəməli olacaqlar.

Hit.az-a açıqlama verən hüquqşünas İsmayıl Əliyev qeyd edib ki, boşanmadan öncə ailənin lotereya uduşunda əldə etdiyi gəlirlər də tam yarı bölünəcək.

“Cütlük boşandıqdan sonra aldıqları kredit və borcları, o cümlədən ipoteka borclarını da birgə ödəməli olacaq. Bu qayda qanunvericiliyə edilmiş yeni dəyişikliklərə əsaslanacaq. Əvvəllər borcu boşanmış kişi ödəməli olurdu”, - deyə o bildirib.

Murad

0