Nəzarətdən kənar qalan azyaşlıların başına hansısa bir bədbəxt hadisə gəlməsi kimi xoşagəlməz xəbərlərin sayı gündən-günə artır.
Uşaqların diqqətdən kənarda qalması ailələrin maddi problemləri ilə bağlıdır.
Ailələrin internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçiliyi, uşaqların nəzarətsiz qalmasına səbəb olur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, uşaq yetişdirmək olduqca məsuliyyətli işdir. Amma son zamanlarda bu məsələlər adi bir hal alıb. Məsuliyyətsiz valideyinlərin cəzasını məsum körpələr çəkir. Çox insan bu məsuliyyəti dərk etmədən övlad sahibi olurlar:
“Günümüzün ən böyük problerindən biri telefonlardır. Valideynlər övladlarını nəzarətsiz buraxırlar. Əllərində telefon uşaqları ilə maraqlanmırlar. Bəzən valideynlər həqiqətən də o qədər söhbətə, ev işlərinə aludə olurlar ki, uşaqlarını unudurlar. Ona görə də uşaqların ölümü kimi xoşagəlməz hadisələr baş verir. Sadəcə bir şeyi bilməlidirlər ki, valideynlər təkcə uşaqlarını yedizdirən şəxs deyil, həmçinin onun sağlamlığı və psixologiyasını qoruyan şəxsdir. Ona görə də diqqətli olmaq lazımdır”.
Sevinc