Stomotoloq: "Breketi ikinci dəfə təkrar taxmaq doğru deyil"

ÖLKƏ
21:01 / 27.03.2024
395

Əyri dişlərin düzləşdirilməsi üçün taxılan breketlər narahatlıq verdiyinə görə, bəzən istifadəçilər onu dişlər tam düzləşməzdən öncə çıxarır, istifadəsini dayandırırlar.

Çox həkimlər belə pasiyentlərə ikinci dəfə breket taxır.

Hit.az-a açıqlama verən stomotoloq  Rəşad Sanıyevin fikrincə breketi ikinci dəfə taxmaq doğru deyil.

“Breketlə dişlərə süni təzyiq göstərilir. Bu isə diş sümüyünə ziyan vurur. Təkrar breket taxanlar bilməlidir ki, onların diş kökündə zəifləmə yaranacaq və onlar dişlərini erkən itirəcəklər. Bir dəfə breket taxıb dişləri hələ düzəlməmiş pasiyentlərə elaynerlər ( şəffaf diş protezləri) taxmaq məsləhət görülür. Bu diş köklərinə zərbə vurmadan sağlam düzləşməyə və tez nəticə əldə etməyə kömək edir”,- deyə o bildirib.

Murad

0