Tətildən işə necə adaptasiya olunmalı? - Psixoloq

SOSİAL
15:59 / 27.03.2024
695

Bu gündən iş günləri başlayıb. 7 günlük tətildən sonra işə başlamaq bəzi insanlarda diskonforta səbəb olur. 

Tətildən sonra işə adaptasiya olmaq üçün nə edilməlidir?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bəzi iş yerləri nə qədər komfortlu olsa da, yenə də evin yerini heç bir məkan əvəz edə bilməz. Lakin yaşamaq və maddi imkanlarımızı ödəmək üçün işin həyatımızdakı rolunu da inkar edə bilmərik. Bəzən işləməkdən nə qədər yorulsaq da, sıxılsaq da, bezsək də, bu, olmalıdır və yaşam üçün vacibdir: 

“Tətil sonrası işə adaptasiya olmaq bir müddət insanlarda çətinliklərin yaranmasına səbəb ola bilir. Tətildən sonra işə adaptasiya ola bilməmək iş rejiminə də mənfi təsir göstərə bilər. İlk iş günü həvəssizlik, yorğunluq, yuxusuzluq və əsəbilik halları özünü göstərə bilər.  İlk bir neçə gün özümüzü yormadan, aram-aram zehnimizi bu rejimə hazırlamalıyıq. Belə etməsək, tətil zamanı yığdığımız enerjini tez xərcləmiş olarıq”.

Sevinc

0