Mağazada müştərinin sındırdığı məhsulun pulunu kim ödəməlidir?

HADİSƏ
22:02 / 27.03.2024
637

Yəqin mağazada belə halla qarşılaşmısınız. Sınacaq, zədələnəcək məhsulu rəflərin ən kənarına və ya ayaq altına düzürlər və müştəri özü də istəmədən bir və ya bir neçə məhsula ziyan vurur. 

Bəs cəriməni kim ödəməlidir? 

Əlbəttə mağaza sahibləri bu vəziyyətdə müştərinin məhsulun pulunu ödəməli olduqlarını deyirlər.

Hit.az-ın sualını cavablandıran hüquqşünas Rafiq Mahmudov bildirib ki, bu hallar Mülki Məsəllənin 152-ci maddəsinə əsasən tənzimlənir. 

“Əgər mağazada divarlara elan vurulubsa ki, sındırılmış məhsula görə vətəndaş məsuliyyət daşıyır, o zaman müştəri verdiyi zərəri ödəməlidir. Borclunun üzərinə qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Bu məsələni konkret olaraq tənzimləyən norma olmasa da, müştəri sahibkara maddi ziyan vurub, ödəmə etmək istəmirsə,  sahibkar maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər”, deyə o qeyd edib.

Murad

0